Menu

Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yaydı

22.01.2024, 20:01
Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yaydı

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir və bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.

bu barədə Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Komissiyasının və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunub.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.

Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.

Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Şərhlər

Dövlətini sevən 2024-01-22 21:26:52

Şəki İcra Hsakimiyyətinin Memarlıq şöbəsinin müdiri, Əhalinin İstirahət yerlərini zəbt edən Cahangir Nəbiyevin oğlu Tural Nəbiyev uzun müddətdir ki, Əsgəri Xidmətdən boyun qaçırıb, aidiyyatı qurumlar isə onun haqqında heç bir tədbir görmürlər. Atasının əhalinin istirahət yerlərini zəbt etdiyi yerdə oğlu Tural üçün Fantan Kafesi yaradıb və özeü üçün Gecə Barı yaradıb , biz sakinlər isə səsdən yata bilmirik. Xahiş edirik Tural Nəbiyev üçün qanuni tədbirlər görəsiniz və onu Hərbi xidmətə göndərəsiniz.

Vətəndaş 2024-01-22 12:44:01

ÇOX ƏDALƏTSİZ BİR ÖLKƏDƏ YAŞAYIRIQ. NİYƏ BAX NİYƏ MƏMURLARIN VARLILARIN UŞAQLARI VƏTƏNİ QORUMAĞA GETMİRLƏR. ANCAQ KASIBLARIN UŞAQLARI, YETİM YESİR QORUYUR ŞƏHİD OLUR VƏTƏN TORPAQ UĞRUNDA. TORPAĞIN XALQIN QANINI SOORANLAR DA MÜHARİBƏ BAŞLAYAN KİMİ ATALI BALALI GİRİRLƏ GÖTƏ, MÜHARİBƏ QURTARAN KİMİ YENI ÇIXIB BAŞLAYIRLAR TALAN-QARƏTƏ. BUDURMU HAQQ ƏDADƏT. HEÇ OLMASA DANIŞMAYIN. ANACAQ BİLİN Kİ BİR SON OLACAQ VƏ ÇOX ACINACAQLI SON!

Mübariz 2024-01-22 12:42:50

Bunun üçün əvvəlcə nazirlərin,Icra başçılarının,məmurların özlərinin və evladlarının ordudan necə yayınmalarını araşdırmadan başlamaq maraqlı olar. Hələ müharibədə iştirakdan yayımalar bir tərəfə.
Məsələyə ciddi yanaşsanz çox mətləblərin üstü açılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol