Menu

Qadınlara İŞİD tələsi

30.11.2014, 18:10
Qadınlara İŞİD tələsi

Terrorçular qadınların öz aralarına qatmaq üçün fərqli hiyləyə əl atıb

İŞİD terror təşkilatı qadınların öz aralarına qatılması üçün fərqli hiyləyə əl atıb. ANS PRESS-in məlumatına görə, terrorçular sosial şəbəkədə açdıqları səhifələrində yemək reseptləri paylaşaraq qadınları ovlayır.

Əlbətdə ki, sosial media İŞİD-in ən güclü silahlarlından biridir. Terrorçular təşkilata yararlı cəlb etmək üçün bu dəfə qadınlara xas paylaşımlar etməyə başlayıblar.

Terrorçular səhifələrində yemək təriflərinin yer almasının səbəbini belə elə həmin səhifədə açıqlayıblar: "Bir gün boyunca savaşmanın sonunda cihadçıları şad etmək”.

"Russia Today"da yer alan xəbərə görə, yaraqlılar Twitter, Facebook və Youtube olmaqla üç ayrı sosial mediadakı paylaşımlarla qadınları cihada hazırlayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol