Menu

Azərbaycanın sığorta bazarı 26% böyüyüb

22.01.2024, 15:24
Azərbaycanın sığorta bazarı 26% böyüyüb

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 222,537 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilə nisbətən 25,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6% çoxdur.

12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol