Avropa İttifaqı (Aİ) rəsmiləri bu həftə Ukraynaya on milyardlarla dollar yardımı nəzərdə tutan yeni planı müzakirə etməyə başlayacaqlar.
“AzPolitika.info” xəbər verir ki, b u barədə “The Wall Street Journal” qəzeti yazıb.
Xatırladaq ki, ötən ilin sonunda Macarıstan Aİ büdcəsindən Ukraynaya 50 milyard maliyyə yardımının ayrılmasına mane olub və müəyyən şərtlər irəli sürüb. Ancaq heç də bütün ölkələr Budapeştin şərtlərini yerinə yetirməyə razı deyil.
Təklif olunan plana görə, növbəti dörd il ərzində yeni fond vasitəsilə Ukraynaya 20 milyard avro ayrılacaq və bu, ildə beş milyard avro olmaqla ödəniləcək.
Aİ-nin yeni planı təsdiq olunarsa, Aİ üzvləri həmin vəsaiti Ukraynaya ödəyəcək. Təşkilat isə bu vəsaiti həmin ölkələrə təzminant şəkilində geri qaytaracaq. Mənbə bildirib ki, sözügedən plan ı cümə günü rəsmi olaraq üzv ölkələrin təmsilçilərinə paylanıb.
Nəşr xatırladır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvvəlində Aİ Avropa Sülh Fondu vasitəsilə Kiyevə hərbi yardım etməyə başlayıb. Bu kifayət qədər uğurlu alındı. İl ərzində Ukraynanı silah, sursat, tank və hava hücumundan müdafiə raketləri ilə təmin edən üzv dövlətlərə yarım milyard avro qaytarılıb. Lakin sonra Macarıstan hökuməti bu fonddan ödənişlərin qarşısını alıb.
Nəşr yazır ki, Aİ-yə üzv olan bəzi dövlətlərin ehtiyatlarını tükəndiyi üçün Ukraynaya əhəmiyyətli yardım göstərə bilmir. Bu çətinlikləri nəzərə alaraq, yeni fond Ukrayna üçün Avropa Sülh Fondunda qalan vəsaiti alacaq və ildə 5 milyard avro olmaqla Kiyevə köçürmələr edəcək.
“AzPolitika.info”


Şərhlər