Menu

İsrail ordusu Qəzzada quru əməliyyatlarında yüzlərlə hərbçisini itirib

23.01.2024, 08:37
İsrail ordusu Qəzzada quru əməliyyatlarında yüzlərlə hərbçisini itirib

İsrail Ordusu 27 oktyabr 2023-cü ildə Qəzza zolağında quru əməliyyatı başlayandan əsgəri öldürülüb.

“Report” bu barədə Ordunun rəsmi saytına istinadən xəbər verir.

Bununla da ötən il oktyabrın 7-də Fələstin HƏMAS-ın bu ölkəyə hücumundan sonra ölən İsrail hərbçilərinin sayı 535-ə çatıb.

İsrail ordusu oktyabrın 7-dən yaralanan hərbçilərin sayının 2 672 nəfər olduğunu, onlardan 405 nəfərin vəziyyətinin ağır, 695 nəfərin vəziyyətinin orta ağır olduğunu, 1 572 nəfərin isə yüngül yaralandığını bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol