HƏMAS-ın həyata keçirdiyi hücumda 21 İsrail əsgəri həlak olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, ötən gün HƏMAS İsrail mövqelərini reaktiv qumbaraatanlardan atəşə tutub. Nəticədə Qəzzanın mərkəzindəki binalardan biri tamamilə uçub və xeyli sayda İsrail hərbçisi dağınıtılar altında qalıb.
Həlak olanlarla yanaşı, çoxlu sayda hərbçinin yaralandığı bildirilir.
"AzPolitika.info"


Şərhlər