NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki qərargahında keçirdiyi brifinqdə Rusiya ilə müharibənin qarşısını almağa çalışdıqlarını bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, NATO-nun bunun üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.
Y.Stoltenberq söyləyib ki, NATO-nun Rusiya ilə sərhədlər yaxınlığında mövcudluğunu gücləndirməsi ehtimal olunan hərbi münaqişənin qarşısını almaq üçündür.
Baş katib deyib ki, təxminən 2 il əvvəl, 2022-ci ilin fevralında Ukraynada müharibənin başlamasından sonra NATO-nun iki vəzifəsi olub: “Bunlardan birincisi, Ukraynanı dəstəkləmək, digəri isə Rusiya ilə NATO arasında genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır”.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi.
Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləmişdi ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər.
Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.

Şərhlər
Bəs ukraynadakı silahlar və vuruşanlar kimlərdir???
Utandıqlarından belə deyirlər.Ukraynanı bölməklə Rusiya ilə barışıq gedir. Amma Ukraynanı bölməyi bəşəriyyətə başqa necə başa salsınlar bilmirlər. Təmiz çıxmalıdırlar axı işin içindən. İki il hay-küy saldılar, Rusiya ilə bacara bilmədilər,nəhayət,qələt elədiklərini başa düşdülər.Amma barışıq üçün əsaslı bəhanə olmalıdır ki, bu boyda qırğınların içindən tərtəmiz, Aydan arı çıxsınlar. O bəhanə də bax həmin elə budur:”NATO ilə Rusiya arasında müharibənin qarşısını almağa çalışırıq”. Vəssalam. Barışıq üçün bundan da böyük bəhanə?Axı bütün bəşəriyyət məhv ola bilər, biz əgər Ukraynanı dəstəkləməkdə davam etsək, Ukraynanın Şərqini Rusiyaya verməyə razı olmasaq. Bir gün də açıqca deyəcəklər:”Ukrayna qiymətlidirmi, yoxsa bəşəriyyət?” İsrailin dünyanın gözü qarşısında dinc fələstinliləri aylarla qırmağına bəhanə tapan Qərb Rusiya ilə barışmağa bəhanə tapmayacaqmı?