Ukrayna Prezidenti Volodimir Zelenski “Rusiya Federasiyasında ukraynalıların tarixən yaşadığı ərazilər haqqında” fərman imzalayıb.
Fərmanda, xüsusilə, tarixi ərazilərdə məskunlaşmış ukraynalılara qarşı törədilmiş cinayətlər haqqında faktları, sübutları toplayacaq və öyrənəcək orqan yaratmaq təklif ediir.
Politoloq Fərhad Məmmədov bildiri ki, Zelenskinin bu addımından sonra bəzi Qərb dairələrinin Qərbi Azərbaycanla bağlı bizə qarşı ritorik iddialar irəli sürməyə üzləri olmamalıdır: “Azərbaycan və Ukrayna fərqli miqyasda eyni problemlərlə üzləşib. Biz Ukraynaya separatizmi və ərazilərin işğalı məsələsini necə həll edəcəyini göstərdik. Ukrayna düşmən ərazisinin dərinliklərində olan hədəflərə birbaşa zərbələr endirməklə mübarizəni necə aparmağın nümunəsini göstərir.
Azərbaycan hazırkı mərhələdə düşmən üzərində qələbə qazandıqdan, işğalçının öz ərazisindən çıxardıqdan sonra Ukraynanın tətbiq edəcəyi üsullarla bağlı danışıqlar aparır.
Təsəvvür edin ki, Ukrayna 1991-ci ilin sərhədlərinə çatıb və Rusiya Ukraynanın dörd bölgəsini özünə birləşdirmək qərarlarını dəyişmədən Rusiya ilə sülh müqaviləsi imzalamaq üzrədir. Bunu təsəvvür etmək mümkün deyil. Azərbaycan indi bunu edir, Ermənistan hökumətinin sənədlərindən, qərarlarından və ümumiyyətlə, bütün fəaliyyətlərindən Qarabağa istinadların çıxarılması tələbi ilə İrəvanla sülh müqaviləsi bağlamaq istəyir”.
Politoloq vurğulayır ki, əks halda, tarixi ərazilərləbağlı Ukrayna presedentindən istifadə edə bilər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər