Donald Tramp Nyu-Hempşirdə Respublikaçıların ilk praymerizində səslərin çoxunu qazanıb.
“AzPolitika.info” ABŞ mediasına istinadla xəbər verir ki, bülletenlərin 70%-nin hesablanmasının nəticələrinə əsasən, Tramp 54,5%, onun əsas rəqibi, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli isə 44,0% səs toplayıb.
Heyli artıq Trampı qələbə münasibətilə təbrik edib, lakin partiyanın namizədliyi uğrunda yarışın hələ bitmədiyini və onun rəqibini Cənubi Karolina praymerizlərində daha çətin anlar yaşayacağını vurğulayıb.
“AzPolitika.info”


Şərhlər