Menu

“Tramp ABŞ-nin bir nömrəli populistidir” – Ukraynanın sabiq naziri

24.01.2024, 12:13
“Tramp ABŞ-nin bir nömrəli populistidir” – Ukraynanın sabiq naziri

ABŞ-nin qalmaqallı keçmiş Prezidenti Donald Trampın Ukrayna ilə bağlı ritorikası sırf dünya siyasətini başa düşməyən sıradan amerikalı seçicilər üçün nəzərdə tutulub.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko “Espresso” telekanalının efirində deyib.

Oqrızko Trampın Ukrayna ilə bağlı dediklərini populizm adlandırıb:“Tramp bütün zamanların ən görkəmli populistidir. Ona görə də onu bəyənirlər. Necə deyə bilərsiniz ki, Tramp Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində dayandıracaq. Kremli bombalamağa başlamadıqları müddətcə bu mümkün deyil. Amma mən Trampın bunu edəcəyinə şübhə ilə yanaşıram. Maraqlıdır yoxsa, Tramp Ukraynanın öz torpaqlarının 20%-ni işğalçılara verəcəyinimi düşünür?”.

Oqrızko əlavə edib ki, bu cür ritorika sırf dünya siyasətindən anlamayan, və siyasətdən bəhs edərkən nə danışdığını ümumiyyətlə başa düşməyən adi seçicilərə təsir göstərir.

“Seçiciyə deyiləndə ki, hər şey tez həll olunacaq və bunun üçün onun cibindən bir dollar belə çıxmayacaq, o zaman bu onun xoşuna gəlir. Tramp ABŞ-nin bir nömrəli populistdir", - Oqrızko vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol