Rusiya Belqorod vilayətində raketlə vurulan "İl-76" təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi razılaşdırılsa da, Kiyev "İl-76" təyyarəsini vurdu.
Lavrov qeyd edib ki, Kiyevin "İl-76"ya hücumu onun Belqorodda terror metodlarından istifadə etməsi deməkdir.
"Rusiya ümid edir ki, Fransa "İL-76" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq", - deyə Rusiya XİN başçısı əlavə edib.
***
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.
Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.
***
Rusiyada hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, təyyarə yerə düşməzdən əvvəl havada partlayış səsləri eşidilib.
***
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.
“RBK Ukraina”ya görə, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub. Bu barədə media qurumuna Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, təyyarə S-300 kompleksləri üçün raketlər daşıyıb.
Bundan başqa, Ukrayna tərəfinin yaydığı məlumata görə, təyyarə raketlə vurulub.
***
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb və ya vurulub.
"AzPolitika.info" xəbər verir ki, Rusiya KİV-ləri təyyarənin qəzaya uğradığını bildirsələr də, qəza anının videogörüntülərindən belə görünür ki, təyyarə alov içində yerə çırpılır. Bu isə təyyarənin Ukrayna qüvvələri tərəfindən vurulduğu ehtimalını gücləndirir.
"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.

Rusiyanın “112” teleqram kanalının məlumatına görə, "qəzaya uğrayan" “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, İl-76 təyyarəsinin göyərtəsində Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

Şərhlər
bay iclas cağırıb nə deyəcək ərazisini işğal etdiyim dövlət mənim hərbi təyyarəmi vurub deyəcək? həyasız dövlətdir RF . inşallah ki dağılar rusiya
İndi rus kuçuylərini axışacaq rusiya dünyaya meydan oxuyur natoyla savaşır dünyanın lideridir 3mlyn Azərbaycanlı yaşayır orada şablon sözlər varyoxlarını rusa satanlar
Sizin sayttlar sarsaqlayır,necə yəni təyyarəni alov bürüyüb və onu göstərirki raketlə vurulub?Raketlə vurulan təyyarə parcalanaraq partllayıb yerə səpələnir!
Teessüf ki, teyyarede ölənlər ukraynalılardır. Belə başa düşdüm
İnsanların ölümünə heyifsilənirəm. Ancaq Rusya beləcə dağılır inşallah. Artıq Rusiyanın ərazisi hətda Sankt-Petrburq da bombarduman edilir. Rusiya 500 ildir ölkələrə millətlərə etdi bədəli artıq ödəyir