Menu

Bakı metrosunda halı pisləşən sərnişin vəfat edib

24.01.2024, 16:20
Bakı metrosunda halı pisləşən sərnişin vəfat edib

“Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.

Bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.

Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol