Bir gün əvvəl Belqorod vilayətində qəzaya uğrayan “İl-76”-nın hər iki qara qutusu tapılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə RİA Novosti fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, uçuş parametrlərini qeyd edən cihaz və səs yazıcısı “İl-76”-nın quyruq hissəsində yerləşirdi. Onlar yaxın vaxtlarda Moskvaya çatdırılacaq. Rusiya Müdafiə Nazirliyinin laboratoriyası uçuş qeydlərini deşifrə edəcək.
“AzPolitika.info”


Şərhlər