Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir.
AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da, Bakının mövqeyi fərqlidir.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır.
Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.

Şərhlər
Avropa İnsan Haqqları məhkəməsi bu il Ermənistanın 1987ci ildən hər iki respublikada azərbaycanlı ailələrinə qarşı Milis-Hərb də daxil BMT TŞnın Qarabağ həllinə zidd kütləvi etnik soyqırım cinayətlərini ciddi mühakimə etməsə onu tanımamaq adekvat addım sayıla bilər?!
Ən zəruri təhqiqat 1944cü ildə düşünülmüş genosid aktının necə-əsr öncə guya greqori qruplaşmasına aidliyinin gündəliya salınma saxtakarlığıdır!? Daha dəhşətli saxtakarlıq Ermənistanda və Azərbaycanın əski DQMV sovetliyində azərbaycanlı ailələrinə qarşı tam hərbi genosidinin ancaq *Xocalı genosidi* kimi müzakirə edilməsidir?