Əminə Ülkər Tarhan sədr kimi ilk çıxışında CHP-ni kəskin tənqid edib
Türkiyənin anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq “Anadolu” partiyasını quran Əminə Ülkər Tarhan ötən gün keçirilən ilk qurultayda partiyanın sədri seçilib. ANS PRESS-in məlumatına görə, Tarhan sədr kimi ilk çıxışında CHP-ni kəskin tənqid edib.
“Bəziləri bütün məsuliyəti şezlonqlara (çimərlik yatağı) və xüsusi xidmət orqanlarına yükləyir. Çirkin sabotaj nəzəriyyələridən mədət istəyir. Qorxaqlar kimi qarınlarından danışıb, MİT-ə elədir - belədir deyərək suyu buandırmağa çalışırlar. Cəsarəti olan qapının dalından danışmaz, çıxar və nə bilirsə deyər. Çirkin siyasətlə məşğul olmaz. Nə bilirsənsə danış, danışmasan qorxaq elan olunacaqsan...”.


Şərhlər