AŞPA-da AZƏRBAYCANIN ƏLEYHİNƏ KİMLƏR SƏS VERİB? – TAM SİYAHI (+ ADLAR)

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməsini təsdiqləyiblər.

Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.

"AzPolitika.info" xəbər verir ki. qətnamənin əleyhinə Türkiyədən 9 deputat – Yıldırım Toğrul Türkeş, Zeynəb Yıldız, Pelin Yılık, Meryem Göka, Seda Gören Bölük, Sena Nur Çelik Kanat, Mehmet Akalın, Abdurrahman Babacan və Mustafa Canbey, Albaniyadan isə 1 deputat – Blerina Gilameti səs verib.

Bundan başqa İsveçrənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.

Türkiyənin kürdləri təmsil edən Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) olan deputatı Berdan Öztürk də Azərbaycana qarşı mövqe tutub.

Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino və Serbiya olub.

“AzPolitika.info”






635x100

Şərhlər

Qoçaqmı Nəbi 2024-01-29 12:40:18

BMT, ABŞ da daxil *Qərbilər*in qınağı çoxdan-MDB üzvlüyündən gözlənilən münasibətdir. 1987ci ildən 20.09.2023 tarixinədək erməni faşizmi Ermənistanda, əski DQMVndə azərbaycanlıların kütləvi tam soyqırım işğalını öncə Kremlin nəzarəti, sonra hərbi dəstəyi ilə reallaşdırmışdı. Azadlıqdan sonra mühakiməsiz, etirafsız Azərbaycanın işğalçı ilə müttəfiqliyi, sülh nəvazişi yeni qınağa əsas səbəbdir!

Azərbaycan 2024-01-27 02:41:02

Biabır olasınız,elə bilirdiniz Avropa da Azərbaycan xalqıdı,yatıb)))

dadaşyev 2024-01-26 18:59:54

Pandemiya vaxtı milyonlarla insanımız acınnan günorta durduğu vaxtlarda,rəsmən sayı milyon yarım olan işsizlərimizə cəmisi bir neçə dəfə ayda 190 manat verdiyimiz vaxtlarda həmin bu ölkələrə hər gün yekkəəə təyyarələr dolusu Azərbaycan ərzaqlarını müftə-müsəlləm daşıyırdıq ki,alın yeyin,korluq çəkməyin,bizdə yeyən yoxdu,ayda 190 manat bəsləridi. Dünyanın otuz ölkəsinə hər gün nələr-nələr daşıyırdıq.Elə bilirdik özümüzün necə yaşadığından xəbərləri yoxdu hər halda. Ya da hamam suyuyla tutulan dostluğun möhkəm olduğunu düşünürdük.Budur o əcaib dostluğun sonu.Deyəcəklər biz öz insanlığımızı göstərmişik.Xeyr. O var-dövlətdən başqalarından əvvəl biz özümüz bəhrələnmiş olsaydıq insanlığımızı göstərmiş olardıq,çünki yeraltındakı və yerüstündəki sərvətlərimizə dünyanın bütün insanlarından,xalqlarından əvvəl bizim özümüzün haqqı çatır.O haqq gözümüzün önündən fırladılaraq,bizə verilmədən təyyarələrə,qatarlara,gəmilərə doldurularaq başqa xalqların qarınlarının doydurulması üçün daşınırsa haqqımız yeyilmiş olur.Bu gün əgər bunca dövlətlər bizə qarşıdırsa bu ,neft-qaz milyardlarından bu topluma xoş güzəran verilməməyin ilahidən nəticəsidir.Boynuyoğun məmurların sultanlar kimi yağ-bal içində yaşaması hələ xalqın yaxşı yaşaması demək deyildir.Biz SSRİ-dən müstəqilliyimizi məmurlarımızla deyil,axıtdığımız qanmızla almışıq. Və yalnız bir ovuc məmurlar üçün deyil,bütün xalq üçün almışıq. Yoxsa elə yaşayırdıq da sovetlərdə, o vaxt da yaxşı yaşayan ancaq məmurlar deyildimi?

Eldeniz 2024-01-26 16:59:37

Azerbaycan 21 ci esrde ilk defe xristianlara qalib gelen yegane muselman dovletidir ve bu Avropa surasi daha dogrusu katolik yigini bunu hele de hezm ede bilmir ...Qaldi ki dostluq deyen dovletlere ..Corcilin meshur ifadesi ile desek - siyasetde dost olmur yalniz maraqlar olur ..

Tahir 2024-01-26 11:11:09

Doyush meydaninda Azerbaycana meglub olan tek ermenistan idi elebilirsiz? Butun bu sadalanan avropa dovletleri eslinde meglubiyetin acisini bele xain sesvermelerle evezini chixirlar

Mehman 2024-01-26 10:11:05

AŞPA-ya ezam olunan deputatların "əl işləri". yalnız ezamiyyədən gələn pulla , qalacağı hotelin ulduzu ilə, alacağı malın brendiylə maraqlananda sonu belə olur. SSR i vaxtında kolxozdan partiya qurultayına göndərilən çoban və kolxozçular kimi əsas məqsəd "iştirak etmək"dir məntiqi ilə iştirak ediblər BİZİMKİLƏR.

Məstəli 2024-01-26 09:44:37

Əleyhimizə səs verənlərin günahı yoxdur,günah bizim hakimiyyətin və deputatlarin yeritdiyi yarıtmaz siyasətin məntiqi nəticəsidir!

Dost 2024-01-26 06:22:06

Əsl dost dar gündə tanınar..ermənilər,fransızlar,kürdlər bunlar heç..bəs serblər?əsil simaları açılır

TT 2024-01-26 05:00:32

Vucic ikiqunden bir burdaydi , maraqlidi neye qóre? bilen var ?

Patriot 2024-01-25 22:25:10

Bir bu Qudret Hesenquliyeve basa salsin ki daha besdi rusiya rusiya rusiya bir nece defe dedin hami bildi ki sene tapsirilan isin ohdesinnen layiqince gelirsen bundan artiq insanlarin eseblerini tarima cekme.xalq kimin dost kimin dusmen oldugunu cox gozel bilir

Tahir 2024-01-25 17:58:48

Serbiya??? Vuçiç bizə dost deyir, şəninə bəlağətli nitq söyləyirdi?! Noldu Vuçiç? Moldova? Bu xanım Sandu hər addımda bizdən kömək istəyir və alırdı da. Qancıq. Britaniya və litva. Bunlar ki, sözdə bizi dəstəkləyirdi ki?! Ay pedarastlar...

hiss 2024-01-25 16:43:54

Görəsən Moldova və Serbiya niyə?

Son yazılar