Menu

Özbəkistanda elektromobillərin istehsalına başlanılıb

25.01.2024, 20:15
Özbəkistanda elektromobillərin istehsalına başlanılıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çinin BYD şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.

“Report” Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim Ş.Mirziyoyevin Çinə səfəri çərçivəsində BYD-nin Şençjendəki baş qərargahında baş tutub.

Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.

Ş.Mirziyoyev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin BYD şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.

Şərhlər

Mühəndis 2024-01-25 21:53:13

Özbəkistan Dayvo ilə39 ildir müntəzəm işləyir.Bəs Azərbaycanda nə edirk?Şamaxı Avtomobil zavodu 15 ildir bağlanıb,Naxçıvan Lifan zavodu yarım işləyir.neftçaka zavidububfəaliyyəti yarıtmazdır.Dövlət bu sənayelərin içləməsi.inkişafı üçün heç bir iş görmür.Başqa istehsal sahələri yratmaq barədə fəaliyyt yoxdur.Ölkəmiz. importdan tam asılı vəziyyətə salınıb.İrii dövklət sənaye müssisələri açılması barədə düşünülmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol