Menu

Tehranda xəstəxanada güclü yanğın olub

25.01.2024, 20:55
Tehranda xəstəxanada güclü yanğın olub

İranın paytaxtı Tehranda xəstəxanalardan birində yanğın baş verib və binanın bir neçə mərtəbəsini bürüyüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidməti və paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Məleki bildirib.

Hadisənin səbəbləri və ölənlər barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol