Menu

Putin Ankarada Suriya və enerji məsələsini müzakirə edəcək

01.12.2014, 09:32
Putin Ankarada Suriya və enerji məsələsini müzakirə edəcək

Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Recep Tayyip Ərdoğanla Suriya münaqişəsini müzakirə edəcək.

Bunu Putinin xarici siyasət üzrə məsləhətçisi Yury Ushakov deyib.

Prezidentlər enerji məsələlərində əməkdaşlığı müzakirə edəcəklər.

İki ölkə Suriya və Ukrayna münaqişələrindən sonra da iki ölkə arasındakı əlaqələri qoruyub saxlayıb.

Rusiya Bashar al-Assad rejiminin əsas müttəfiqlərindən biridir.

Ərdoğan isə Suriya prezidentinin istefaya getməsini dəstəkləyir. Ankara eyni zamanda Rusiyanın Krımı qəsb etməsinə qarşıdır. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol