Menu

Ukraynaya 77 əsgərin cəsədi qaytarılıb

26.01.2024, 17:33
Ukraynaya 77 əsgərin cəsədi qaytarılıb

Məlum oluğu kimi, bir neçə gün əvvəl Ukrayna ilə Rusiya arasında gözlənilən əsir mübadiləsi baş tutmayıb. Belqorodda “İl-76” hərbi nəqliyyat təyyarəsinin vurulmasından sonra əsir mübadiləsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, əsir mübadiləsi baş tutmasa da, Ukrayna daha əvvəl həlak olmuş 77 hərbçisinin cəsədini ala bilib. Bununla bağlı Ukraynada fəaliyyət göstərən Koordinasiya Mərkəzinin yaydığı məlumatda deyilir: “Daha bir repatriasiya hadisəsi baş verib, nəticədə həlak olan hərbçilərimiz Ukraynaya qaytarılıb: Ukraynanın 77 müdafiəçisinin meyiti (qalıqları) bu gün Ukrayna hökumətinin nəzarətində olan əraziyə qaytarılıb”.

Qurum bu işdə göstərdiyi yardıma görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə minnətdarlığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol