Menu

Həmid Herisci xəstəxanaya yerləşdirilib

26.01.2024, 22:45
Həmid Herisci xəstəxanaya yerləşdirilib

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.

Pasientin vəziyyəti ağır qiymətləndirilir.

Şərhlər

dadaşyev 2024-01-26 23:03:35

Allah şəfa versin.Çox savadlı birisidir.Savadlı və dərin məntiqli.Ona görə hörmət edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol