Holokost faciəsi unudulmayacaq.
“Report” xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Qutterreş Holokost faciəsinin növbəti ildönümü ilə bağlı “X”də yazıb.
“Bu gün biz Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz bu hadisəni unutmayacaq və başqalarının da bu həqiqəti unutmasına icazə verməyəcəyik”, - o bildirib.
Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.
BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.


Şərhlər
Holokost deyə bir şey olubsa unudulmayacaq,amma olmayıbsa belə bəşəriyyətə qlobal yalan sırındığı üçün yenə də unudulmayacaq.Beynəlxalq Ədalət Məhkəməsi İsraili Qəzzalılara qarşı soyqırımda günahlandırır,məhkəmə olacaq,İsrail isə BƏM-i antisemitizmdə günahlandırır.Yəni mən 26 min insanı böyük demədən,uşaq demədən qırım,siz səsinizi çıxarmayın,çünki holokostdan qalxanım var.Qəribə olan budur ki,internetin,mobil telefonların-filanın olduğu bu günümüzdə İsrailin soyqırım törətdiyini görə bilməyən Qərb aləmi 80 il qabaq o vaxtkı geri qalmış texniki vasitələrlə holokostu necə görə biliblər?