Menu

"Məhbusların cəsədləri Ukraynaya təhvil verilməlidir" - Aleksandr Vlasenko

27.01.2024, 12:35
"Məhbusların cəsədləri Ukraynaya təhvil verilməlidir" - Aleksandr Vlasenko

Rusiyanın "İl-76" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı əsirlər varsa, onların cəsədləri Ukraynaya qaytarılmalıdır.

"AzPolitika.info" xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Ukraynadakı nümayəndə heyətinin spikeri Aleksandr Vlasenko “Azadlıq” radiosunun efirində deyib.

"Əgər ölənlərin cəsədlərindən danışırıqsa, deməli, onların təkrar müharibədə iştirak etmək kimi bir şansları yoxdur. Ona görə də cəsədlər mümkün qədər tez bir zamanda qaytarılmalıdır. Həlak olan varsa, Rusiya Federasiyası onların cəsədlərini qaytarmalıdır”, - Vlasenko vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Belqorod bölgəsində Rusiyaya məxsus “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya tərəfi iddia edir ki, qəza zamanı təyyarədə olan 65 ukraynalı hərbi əsir həlak olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol