Menu

“Avropada insanlar artıq öz fikirlərini sərbəst ifadə edə bilmirlər” - UEFA prezidenti

29.01.2024, 00:46
“Avropada insanlar artıq öz fikirlərini sərbəst ifadə edə bilmirlər” - UEFA prezidenti

“Avropa ölkələrində azadlıq getdikcə azalır”.

“Report” xəbər verir ki, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin “The Guardian”a müsahibəsində deyib.

Onun fikrincə, Avropada insanlar artıq öz fikirlərini sərbəst ifadə edə bilmirlər: “Avropada sosial inkişaf baxımından o qədər də optimist deyiləm. Populistlərin və ifrat sağçıların yüksəlişi var, söz azadlığı artıq mövcud deyil. Diktaturalarda həbsxanaya salınırsınız, demokratik adlanan ölkələrdə isə mediada məhv edilirsiniz. İnsanlar bundan bezib, artıq sərbəst danışa bilmirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol