Menu

"Seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu" - MSK sədri

29.01.2024, 11:27
"Seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu" - MSK sədri

2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən "Qadınların seçkilərdə fəallığının yüksəldilməsi"nə həsr olunan dəyirmi masada deyib.

"Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşlarının seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısını almışıq. Polisin bu cür məsələlərdə rolu danılmazdır", - deyə MSK sədri bildirib.

Şərhlər

seçici 2024-01-29 11:50:32

Bu hələ sağdır? Bu yazıq millətin belələrindən nə vaxt canı qurtaracaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol