"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.
"AzPolitika.info" "Yeni Sabah"-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə "Jalilov" Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir. Eyni zamanda o, babasının adını daşıyır.


Şərhlər
Uşağın alnında bir gözü varmış,aynan ilnən deyil,günnən saatnan böyüyürmüş,qarı nənənin bişirdiyi bir təndir çörəyi bir oturumda yeyirmiş,doymaq bilmirmiş.Sonra oynadığı uşaqlardan birinin burnunu yedi,birinin qulağını yedi,adamlar onun nadincliyindən bezib Aruz qocaya şikayət etdilər,o da onu döydü söydü,görüncə ki xeyri yoxdu axırda onu evindən qovdu.(Kitabi Dədə Qorqud).Və xəstəxanaya yerləşdirdi.(Harın inform).
Belə də uşaq olar? "Myasokombinata" oxşayır. Görəsən bu tifil indiyəcən neçə ton ət, neçə baş cöngə yemiş olar?
Naxçıvanlılara özbaşınalığa rəsmi icazəni kim verib?Niyə bunun qarşısı alınmır?Nehrəm klanı bir yandan gömrükdə,İbrahimovlar o yandan,İsgəndər o bir yandan!,və sairə,və sairə ! Bu məsələlər niyə hakimiyyəti düşündürmür?,;
Kimin oğlu və ya nəvəsi olmağının məsələyə nə dəxli var,uşağa yalnız yemək-içmək verib bu qədər enlətmək yox,normal tərbiyə də vermək lazımdı,Yoxsa o nənənin oğlu təsadüfən görsəydi ki anasını narahat edir eşşəyin birisi,çatıb qulağının dibinə yağlı bir şillə ilişdirsə necə olacaqdı?Çünki hərəkətindən nə mesaj göndərdiyi birmənalı anlaşılır.Şəxsən mən dərsini elə verərdim bir də qoca görəndə baş əyərdi hörmətlə.Yaşlılara hörmət etməyi öyrətməyiblərmi bu yekəbaşa?Ailəsində yaşlı deyə birilərini görməyibmi?Zooparkda böyüyüb yoxsa?