Menu

"Aİ Ukrayna tunelinin sonunda işıq görmür" - Cozep Borrell

29.01.2024, 14:24
"Aİ Ukrayna tunelinin sonunda işıq görmür" - Cozep Borrell

Avropa İttifaqı hazırda Ukrayna tunelinin sonunda işıq görmür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının sanksiyaları Rusiyanın hərbi sənaye kompleksini məhv edə bilmədi.

C.Borrell vurğulayıb ki, Aİ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etsə də, bu, rəsmi Moskvanın hərbi maşınını əhəmiyyətli dərəcədə zəiflədib, ancaq hələ də mövcuddur: “Müharibə davam edir və döyüşlər daha da şiddətlənir. Biz Ukrayna tunelinin sonunda işığı görmürük”.

Şərhlər

Eli 2024-01-29 15:52:13

Siz avropalılar öz xeyrinşzden başqa heç ne görmürsünüz daha deqiq görmek istemirsiniz ,çünki Sizler üçün Haqq Edslet 1- ci özünüz üçündür diger millet ve dövletlerse Size qulluq üçün Sizin xeyanetkkar eqidenize göre.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol