Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.


Şərhlər
Özlərini Şeyx Nəsrullah qiyafətlərinə soxmaqla nə günə qoyurlar da.Bu nə əbadı,bu nə çalmadı,bu nə saqqaldı 21-ci əsrdə?Başqaları kimi kostyum,sviter,vodolazka,kurtka-filan geyinsəniz,papaq qoysanız sözlərinizin kəsəri olmayacaqmı?İslamı belə naftalin iyi verən qiyafətlərinizlə 1400 il əvvələ çəkməyə çalışdığınız üçün zəmanəyə uyğunlaşmağınız da 1400 il geridə qalıb vallah.”Sehrli xalat”dakı uşaqların üzü sizlərin üzündən çox-çox nurludu.Anlamırsınız ki,o vaxt quldarlıq quruluşu idi,indi bəşəriyyət kapitalizmdədi.Kim dedi İslamın simvolu əba və çalmadı?Ərəblərin yerinə hindular işğal etsəydilər bizi başınıza hindular kimi quş lələkləri taxıb sadəcə qurşağınızı örtərək əlinizdə nizə iləmi anladacaqdınız dini?Özünüzü belə arxaik hallara salmaqdansa İslami hökmləri bu günümüzə uyğun izah etmək barədə düşünsəniz doğru olmazmı?Baxın,Quran endirildikdən sonrakı ilk iki əsrdəcə ondakı ehkamları dörd böyük məzhəb banisi izah edərək öz zəmanələrinə uyğunlaşdırmağa ehtiyac duydu deyə hənəfilik,malikilik,şafiilik,hənbəlilik meydana çıxdı.Ondan sonrakı minillikdə o tip dahilər gəlmədi İslam aləminə.Yalnız mühafizəkarlardan oluşdu müsliman toplumlar.İslami cəmiyyətlərin bu gün sivilizasiyadan bunca çox-çox geridə qalmasının əsas səbəbi bu deyilmi?
Xarici dövlət yəqin ki, İran olar. Bizdə mollaların, dindarların İran "sevgisi" hamıya bəllidir.