Menu

“CNN” İsrail hərbçilərinin fələstinlilərə qarşı işgəncə faktını aşkara çıxarıb - FOTOLAR

29.01.2024, 15:26
“CNN” İsrail hərbçilərinin fələstinlilərə qarşı işgəncə faktını aşkara çıxarıb - FOTOLAR

Yanvarın 27-də səhər saatlarında Qəzza sərhədi yaxınlığında ABŞ-nin “CNN” telekanalı tərəfindən lentə alınan görüntülər İsrailin fələstinli əsirlərlə xoşagəlməz rəftarını növbəti dəfə ortaya qoyub.

“AzPolitika.info” xəbər verir ki, görüntülərdə İsrail hərbçilər tərəfindən ağ paltar geyinmiş 20-dən çox fələstinlinin əlləri və gözləri bağlı halda, yerdə diz çökdürüldüyü görünür.

Hadisə anlarını lentə alan qrupda olan “CNN” müxbiri Ceremi Daymond görüntülərlə bağlı bunları deyib:

“Şənbə günü səhər Qəzza sərhədi yaxınlığında soyuq və yağışlı havada yerdə diz çökdürülmüş vəziyyətdə 20-dən çox şəxsi və onların yanında İsrail əsgərlərini gördük. İndi öyrəndim ki, bu insanlar Qəzzada İsrail tərəfindən həbs edilən fələstinlilərdir. Onları dindirmək üçün İsrailə aparırlar. Onlar gözləri, əlləri bağlı idi. Həmçinin ayaqyalın idilər. Biz bu görüntüləri lentə alarkən şiddətli yağış yağırdı”.

Daymond həmin insanların soyuq havada nə qədər çöldə qaldıqlarını bilmədiyini, İsrail hərbçilərinin xəbərdarlıqlarından sonra bölgəni tərk etdiklərini deyib.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol