İLQAR MUSTAFAYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yerinə Xanlar Ağalarov təyin olundu + DOSYE (Yenilənib)

İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Xanlar Ağalarov 2010-cu ildə Prezident təaüdünə layiq görülüb.

O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

Eyni zamanda o, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.

Xanlar Ağalarov əvvəlki illərdə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

O, 2023-cü il martın 1-də Azərbaycanın mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli tərəfindən nazirliyin Aparat rəhbəri təyin olunub.

635x100

Şərhlər

Ramil-ə 2024-01-30 16:29:53

Bir ildə 1-2 dəfə turist kimi gedib gəlib.pulunu ödıyib kağızını alıb. Yolunu onnan əvvəl gedən mama balaları öyrədiblər.Gör belələri,əsgərlikdən yayının belə kağızlar alanlar vəzifələrdə nə qədərdir..

ƏNHU 2024-01-29 22:24:11

Adamın bir ixtisası çatmır. Bəs nə üçün biznesin idarə olunması üzrə təhsilİ yoxdur? Biznesdən başı çıxmadığı halda pulun haradan gəlib hara getdiyini necə hesablayacaq. Mexanizmi necə izləyə biləcək? Heç olmasa qiyabi yolla da olsa biznes elmii öyrənsəydi

Ramil 2024-01-29 21:08:23

Buir il ərzində magistr dərəcəsi necə olur?

Son yazılar