Menu

Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək

29.01.2024, 16:26
Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, səfərə hazırlıq görülür”, - o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.

Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol