Menu

Yeni general-mayor rütbəsi alan Vüqar Əliyev tanınmış şəxsin oğludur

29.01.2024, 20:38
Yeni general-mayor rütbəsi alan Vüqar Əliyev tanınmış şəxsin oğludur

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsində olan Vüqar Əliyevə də gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib

"AzPolitika.info" "referans.az"-a istinadən xəbər verir ki, Vüqar Əliyev Kimya elmləri doktoru, professor İsmayıl Əliyevin oğludur. İsmayıl Əliyev hazırda Bakı Dövlət Universitetinin "Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiridir.

Əliyev İsmayıl Əhmədəli oğlu 1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki (BDU) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla universitetdə saxlanılıb.

Şərhlər

Raul 2024-01-29 21:11:07

Hərbi çinin gömrüyə nə aidiyyatı?Bu adam görəsən həqiqi hərbi vidmətdə olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol