Menu

Gürcüstanda qızılcaya yoluxma halları kəskin artıb

30.01.2024, 14:01
Gürcüstanda qızılcaya yoluxma halları kəskin artıb

Gürcüstanda qızılcaya yoluxma hallarında kəskin artım müşahidə edilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Tbilisidə fəaliyyət göstərən İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze mətbuata açıqlamasında deyib.

O, bildirib ki, 2023-cü il ərzində Gürcüstanda qızılcaya 23 yoluxma halı qeydə alınıb, 2024-cü ilin təkcə yanvarında təsdiqlənmiş yoluxma hallarının sayı 16-dır. Əlavə edib ki, yoluxmalardan 14-ü paytaxt Tbilisidə qeydə alınıb və onların əksəriyyəti 20-40 yaş aralığından olanlardır.

Çxaidze yoluxma hallarının Rusiya, Qazaxıstan və Azərbaycanda da artdığını, ÜST-ün Avropa regionunda 2022-ci illə müqayisədə yoluxmaların 42 dəfə artdığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol