Menu

“Vaqner”in Afrika Korpusu yaradılır – Rusiya 20 min hərbçi axtarışına çıxıb

30.01.2024, 15:00
“Vaqner”in Afrika Korpusu yaradılır – Rusiya 20 min hərbçi axtarışına çıxıb

Rusiya Afrikada öz təsirini genişləndirmək istəyir və bütün qitədə fəaliyyət göstərə bilməsi üçün “Vaqner” PMC-yə muzdlu hərbçilər toplamağa çalışır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.

Məlumata görə, “Vaqner”in Afrika Korpusu Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan bazalar şəbəkəsi vasitəsilə Moskvanın bölgədəki hərbi mövcudluğunu gücləndirəcək. Bu, həmçinin Kremlə Afrikadakı biznes şəbəkəsinə, o cümlədən böyük gəlirli mədən müəssisələrinə nəzarət etməyə imkan verəcək.

Qeyd olunur ki, ilin ortalarına qədər “Vaqner”in keçmiş döyüşçülərini Afrika Korpuna cəlb etmək planlaşdırılır. Hərbçilərin Rusiyaya dost olan beş ölkəyə - Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Nigerə göndəriləcəkləri qeyd olunur.

Rusiya Müdafiə Nazirliyinə yaxın bir şəxsin sözlərinə görə, qruplaşmaya 20 min muzdlunun cəlb edilməsi planlaşdırılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol