Menu

“Ermənistanın himni və gerbi dəyişdirilməlidir” – Simonyan, nəhayət, o zərurəti dilə gətirdi

30.01.2024, 16:04
“Ermənistanın himni və gerbi dəyişdirilməlidir” – Simonyan, nəhayət, o zərurəti dilə gətirdi

“Məncə, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, o, erməni dövlətinə məxsus olmalı, erməni musiqisi ilə əlaqələli olmalı və himnin ifa qaydalarına uyğun olmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan “Telegram” kanalında yazıb.

“Mən demirəm ki, onu dahi Aram Xaçaturyanın möhtəşəm, misilsiz erməni musiqisi ilə əvəz edək, amma görünən odur ki, mövcud yad himninin dəyişdirilməsi zərurətdir”, - o əlavə edib.

Simonyan vurğulayıb ki, Ermənistanın dövlət gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır. “Ən azından Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzalandırılmasıdır. Gerb “Facebook”dakı gülüş smaylikinə bənzəyən şir, Ermənistanı qoruyan zəncirlənmiş qılınc da ola bilməz”, - Simonyan yazıb.

Beləliklə, spiker dövlət gerbindən Böyük Daşqın zamanı Nuhun sığındığı Ağrı dağın təsvirinin Ermənistan gerbindən çıxarılmasını istəyir. Qeyd edək ki, Türkiyə və Azərbaycanın tələblərindən biri də ərazi iddialarını ifadə edən bu simvolun dəyişdirilməsidir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol