Menu

Ordu ilə bağlı paylaşım etdi - 72 yaşında həbs cəzası aldı

30.01.2024, 16:12
Ordu ilə bağlı paylaşım etdi - 72 yaşında həbs cəzası aldı

Rusiyada 72 yaşlı qadın sosial şəbəkədə rus ordusu ilə bağlı etdiyi paylaşımına görə, 5 il yarım həbs cəzasına məhkum edilib.

“AzPolitika.info” xəbər verir ki, Rostov şəhərində yaşayan Yevgeniya Mayboroda adlı yaşlı qadın sosial şəbəkədə həlak olan rus əsgərlərinin sayı ilə bağlı xəbər paylaşıb.

Məlumata görə, Mayboroda “Rusiya ordusu haqqında şüurlu şəkildə yalan xəbər yaymağı qadağan edən” qanun əsasında mühakimə olunub.

Qeyd olunur ki, qadın ittihamı qəbul etsə də, bunu siyasi nifrət zəminində etmədiyini bildirib. O, qardaşının Dnepr şəhərinin bombalanması nəticəsində uçan binalardan birinin altında qaldığını, sözügedən paylaşımı da bundan sonra etdiyi deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol