Qərbin yardımlarının kəskin azalması və əks-hücumun uğursuzluğu fonunda Ukrayna müdafiə strategiyasına keçid edib.
“AzPolitika.info” İspaniyanın “Elm Mundo” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Rusiyanın Zaporojyedə istifadə etdiyi taktikanı təqlid edərək, öz “Majino” müdafiə xəttini qurmağa başlayıb.
Sözügedən müdafiə xəttinin Orexov bölgəsində inşa edildiyi bildirilir. Nəşr istehkamların qurulmasında iştrak edən bir neçə ukraynalı hərbçi ilə həmsöhbət olub.
Hərbçilərdən birinin məlumatına görə, artıq onlar ikinci müdafiə xəttində tikintisində çalışırlar.
Başqa bir ukraynalı hərbçi nəşrə deyib: “Bu, Rusiyanınkı kimi, davamlı bir xətt deyil. Biz sadəcə yüksəkliklərə müdafiə məntəqələri yaradırıq. 60 metrdən bir mina yerləşdiririk. Hər kvadratmetrə təxminən 10 mina düşür”.
“AzPolitika.info”


Şərhlər
Bunu yazan hesab-kitab bilir?60 metrdən bir mina qoyuruq və hər kv.metrə 10 mina düşür… Bu nə deməkdir ?