Menu

“Bunun nə qədər təhlükəli olduğunu başa düşməlidir” - Rusiyadan Ermənistana NATO xəbərdarlığı

31.01.2024, 16:46
“Bunun nə qədər təhlükəli olduğunu başa düşməlidir” - Rusiyadan Ermənistana NATO xəbərdarlığı

“Kimsə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu cür qərarlar qəbul etməzdən əvvəl ölkədəki vəziyyəti təhlil etməlidir:“Biz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin fayda gətirdiyini, qısa, orta və uzunmüddətli perspektivdə nəyin fayda verə biləcəyini anlamalı və buna uyğun çıxış etməliyik. Qərbdə hamıya vədlər verirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol