Menu

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

31.01.2024, 17:25
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya əsirliyində olan 207 ukraynalı hərbçi və mülki şəxs Ukraynaya qaytarılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski sosial media hesabından paylaşım edib.

Dövlət başçısı bildirib ki, ukraynalıları əsirlikdən azad etmək Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov, Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Milli Polisin rəhbəri İroq Klimenko və Koordiyasiya Qərargahının katibi Dmitri Usovun növbəti möhtəşəm işi sayəsində mümkün olub.

Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda Ukrayna əsirliyində olan 195 nəfərin geri qaytarıldığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol