Menu

Rus hərbçi PUA-ya təslim oldu - VİDEO

31.01.2024, 17:49
Rus hərbçi PUA-ya təslim oldu - VİDEO

İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində növbəti bir maraqlı hadisə yaşanıb.

"AzPolitika.info" xəbər verir ki, "Telegram" kanallarında paylaşılan bir videoda rus hərbçinin Ukrayna ordusuna məxsus Pilotsuz Uçuş Aparatına  (PUA) təslim olduğu anlar əks olunub.

Belə ki, rus əsgəri üzərinə sursat atmamaq üçün yalvardıqdan sonra Ukrayna hərbçiləri tərəfindən idarə olunan PUA-ya təslim olub və sonra dron onu Ukrayna ordusunun mövqelərinə aparıb. Sözügedən videonun hansı tarixdə və harada çəkildiyi məlum olmasa da, qısa zaman ərzində sosial şəbəkələrdə trendə çevrilib.

Həmin videonu təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol