Menu

Avropa Orbanla anlaşacaqmı? – Baş nazirin Ukrayna ilə bağlı şərti qismən qəbul edilir

31.01.2024, 17:45
Avropa Orbanla anlaşacaqmı? – Baş nazirin Ukrayna ilə bağlı şərti qismən qəbul edilir

Avropa İttifaqı liderləri Macarıstanın müqavimətini dəf etmək üçün Ukrayna üçün planlaşdırılan 50 milyard avroluq yardım paketi ilə bağlı fevralın 1-də müzakirələr keçirməyi təklif edəcəklər.

“AzPolitika.info” xəbər verir ki, bunu “Reuters” agentliyi Aİ-nin sammitinin yekun layihəsinə istinadla yazıb.

Eyni zamanda, qeyd olunur ki, Aİ liderləri, Avropa Komissiyasının hesabatlarına əsasən, ayrılacaq pulların Ukrayna tərəfindən necə xərclənməsi ilə bağlı illik debatların keçirilməsinin mümkünlüyünü bəyan ediblər. Ancaq bu, Macarıstana vəsaitin ayrılmasına veto qoymaq hüququ verməyəcək. Yəni, müzakirələr aparıla bilər, veto isə qoyula bilməz. Bu, o deməkdir ki, rəsmi Budapeştin tələbi yalnız qismən yerinə yetiriləcək. Xatırladaq ki, Macarıstan ona hər il Ukraynaya ödənişlərə veto qoymaq səlahiyyəti verən variantı nəzərdən keçirməyə çalışır. Lakin bu, təklif olunan maliyyələşdirmə ideyasına ziddir və digər Aİ ölkələri bu variantı rədd edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol