"Tramp iş adamıdır, siyasətçi deyil. O, həmişə radikal, qeyri-standart və qeyri-ənənəvi üsullarla hərəkət etməyə çalışır”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanovun sözlərinə görə, Trampın hakimiyyətə qayıdışı Ukrayna üçün iki ssenarini mümkün edəcək - biri mənfi, digəri müsbət: “Mənfi ssenari: Tramp Putinə zəng edir, onlar ünsiyyət qurur və atəşkəs haqqında razılığa gəlirlər. Tramp isə bizi fakt qarşısında qoyur ki, atəşkəs lazımdır... Bu halda bizim üçün son dərəcə çətin olacaq. Putin tutduğu ərazilərin onda qalması şərtilə müharibənin dayandırılmasına razılaşa bilər. Prinsipcə, o, bu gün də həmin variantla razılaşır. Ancaq bu halda sual ondan ibarət olacaq ki, bizim digər tərəfdaşlarımız Ukraynanı dəstəkləmək baxımından nə dərəcədə birləşəcəklər? Birləşəcəklər, yoxsa ABŞ-nin tərəfində olacaq və bizə təzyiq edəcəklər?”
Jdanovun sözlərinə görə, ikinci ssenari Putinin atəşkəsdən imtina etməsini nəzərdə tutur. Ekspert bu ssenarini Ukrayna üçün müsbət hesab edir: "Müsbət ssenari ondan ibarətdir ki, Tramp Putinə zəng edib deyəcək: "Bunu bitir, indi biz hər şeyi həll edəcəyik, atəşi dayandırın." Putin deyəcək: "Xeyr, mən Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmalıyam. Mən hələ Zaporojye və Xersonu da tutmalıyam, çünki onları Konstitusiyaya daxil etmişəm”. Bu seçim Trampın xoşuna gəlməyə bilər. Onun impulsiv xarakterini nəzərə alsaq, düşünürəm ki, Tramp sadəcə olaraq inciyə (əsəbləşə) və bizə lazım olan bütün silahları verərək məsələni bizim xeyrimizə həll edə bilər".
“AzPolitika.info”


Şərhlər