Menu

Ukraynada doğum sayı kəskin azalıb - Demoqrafik böhran yaşana bilər

31.01.2024, 19:13
Ukraynada doğum sayı kəskin azalıb - Demoqrafik böhran yaşana bilər

2023-cü ildə Ukraynada genişmiqyaslı işğaldan əvvəlki dövrdə doğulanların üçdə ikisi qədər uşaq dünyaya gəlib.

“AzPolitika.info” xəbər verir ki, bu statistikanı Ukrayna hökumətinin məlumatların təhlili xidməti – “OpenDatabot” dərc edib.

Belə ki, Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə cəmi 187 min uşaq doğulub. Bu, 273,7 min körpənin doğulduğu 2021-ci illə müqayisədə 32% (!) azdır.

Ümumiyyətlə, 2013-cü ildən başlayaraq, Ukraynada doğum nisbətində azalma müşahidə olunur. Lakin 2010-2013-cü illər arasında hər il yeni doğulanların sayı yarım milyona yaxın olub. 

O vaxtdan genişmiqyaslı müharibə başlayana qədər hər il 6-7% az uşaq doğulurdu. 2022-ci ildə isə yeni doğulanların sayı kəskin şəkildə - 25% azalaraq 206 minə düşüb. 2023-cü ildə bu azalma rekord həddə - 32 faizə çatıb. Demoqrafiya üzrə ekspertlər bildirirlər ki, Ukraynada nəsil artımına nail olmaq üçün müharibədən sonra hər bir qadın ən azı iki uşaq dünyaya gətirməlidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol