Sosial şəbəkələrdə görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.
Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.


Şərhlər
Ola bilərmi bununla bağlı qanunla müəyyən olunan tədbirlər həyata keçirilmədiyi üçün görüntülər təkrar paylaşılaraq tirajlanır?Çünki millət ta sovet vaxtından bilir ki,pullu adamlar ki ilişdilər,o saat "psixoloji problemlərinin olduğu bəlli olmiş olur" deyə xəstəxanaya yatdırılırlar.Məktəbdə oxumurmu?Psixoloji problemləri varmışsa müəllimlər,məktəbin direktoru filanı görməyibmi problemli olduğunu?Problemli imişsə hələ yolda-irizdə xalqın anasıyla-bacısıyla istədiyi kimi davranan bu yekə uşaq gör məktəbdə nələr edirmiş?Niyə məktəbdəcə ölçü götürməyiblər?Baş naziri bütün nazirləriylə istefaya getmiş demokratik və rüşvətsiz Gürcüstandan həkim komissiyası gətirilsin,baxsınlar doğrudanmı psixi problemləri var yoxsa yox bu azyaşlıykən yekə uşağın.Aaaa!Yoxsa bu nədi?Kasıb-kusubla kim nə istəsə edəcək,necə istəsə davranacaq,hələ videosunu da sosial şəbəkələrdə paylaşacaq,cəzalanmamaq üçün xəstəxanayamı yatıracaqlar?