Menu

"Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüzü zəhərləyirik" - Deputat

01.02.2024, 12:58
"Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüzü zəhərləyirik" - Deputat

Bizə “Avtomobil yolları haqqında” yeni qanun lazımdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bizim yollar dəyişib, insanlar artıb: “Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır. Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar bu günə qədər hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 km saat olanda qəza nə qədər olub, 90 km saat olanda nə qədər qəza olub? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress yaradır və sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib. İkinci məsələ odur ki, indi şəhərdə yolları zolaqlamaq dəbi düşüb. Deyirlər avtobus yoluna girmək olmaz. Bu hərəkət yolun yükgötürmə qabiliyyətini artırmır, yollarda tıxacı azaltmır. Bu yaxınlarda Bakı-Sumqayıt yolunda yeni zolaq yaradıblar. Bu, tıxacları artırıb, əlavə problem yaradır. Velosiped zolaqları yaradırıq, Qış Parkının yanında yeni velosiped yolu çəkiblər. Qış Parkıyla gedirsiniz, birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi, balkonu qabağa çıxır. Velosiped istifadəçisi də məcburdur ki, qırılan hissələrdə yenə avtomobil yoluna çıxsınlar. Bununla nəyə nail olmaq istəyirik, bəlli deyil? Yol zolağı genişləndirilmədən belə zolaqları çəkmək olmaz. Bununla məşğul olan subyekt zəhmət çəksin, hesabatı olsun. Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipiylə yanaşmaq olmaz”.

Şərhlər

Moshu 2024-02-02 11:04:56

Müəyyən monitorinqlər aparıldıqdan sonra sürət həddini müəyyən etmək mümkün olur. Azərbaycanın yollarında isə əksinədir. Hər hansı əsaslandırma aparılmadan magistral yollarda sürət həddini istədikləri yerdə, istədikləri kimi dəyişirlər. Misal üçün Bakı-Sumqayıt yolunu göstərmək olar. Sürət həddi dəfələrlə 110 km/saatda müəyyən edilib, bir müddətdən sonra 90 km/saatda əvəzlənib. Sumqayıt şəhərindən Bakı istiqamətində sürət həddi əvvəllər 60 km/saatda müəəyn edilmişdir, bir müddətdən sonra 80 km/saatda müəyyən edilmişdir, 2023-cü ilin yay aylarında bu sürət həddi yenidən 60 km/saatda müəyyən edilmişdir. Svetoforlar bir çox yerlərdə normal fəaliyyət göstərmir. Məs., Sumqayıt-Saray istiqamətində svetofor təxmiməm 1 aydan artıqdır ki, işləmir. Yolayrıcılarında svetoforlar normal fəaliyyət göstərmir, piyada zolaqları aydın görünmür, texniki baxışlar formal keçirilir. Yol hərəkətinin təhlükəsizliyinə məsul polis əməkdaşları görməli olduqları işdən başqa hər işlə məşğuldurlar, bəzən isə çox kobud olurlar, bu da onların savadsızlığına dəlalət edir, bir sözlə bardak. DYP yenidən formalaşdırılmalıdır. Hər halda CƏNAB seçkilərdən sonra bu məsələni nəzarətə götürsə yaxşıdır.

Moshu 2024-02-02 00:42:09

Müəyyən monitorinqlər aparıldıqdan sonra sürət həddini müəyyən etmək mümkün olur. Azərbaycanın yollarında isə əksinədir. Hər hansı əsaslandırma aparılmadan magistral yollarda sürət həddini istədikləri yerdə, istədikləri kimi dəyişirlər. Misal üçün Bakı-Sumqayıt yolunu göstərmək olar. Sürət həddi dəfələrlə 110 km/saatda müəyyən edilib, bir müddətdən sonra 90 km/saatda əvəzlənib. Sumqayıt şəhərindən Bakı istiqamətində sürət həddi əvvəllər 60 km/saatda müəəyn edilmişdir, bir müddətdən sonra 80 km/saatda müəyyən edilmişdir, 2023-cü ilin yay aylarında bu sürət həddi yenidən 60 km/saatda müəyyən edilmişdir. Svetoforlar bir çox yerlərdə normal fəaliyyət göstərmir. Məs., Sumqayıt-Saray istiqamətində svetofor təxmiməm 1 aydan artıqdır ki, işləmir. Yolayrıcılarında svetoforlar normal fəaliyyət göstərmir, piyada zolaqları aydın görünmür, texniki baxışlar formal keçirilir. Yol hərəkətinin təhlükəsizliyinə məsul polis əməkdaşları görməli olduqları işdən başqa hər işlə məşğuldurlar, bəzən isə çox kobud olurlar, bu da onların savadsızlığına dəlalət edir, bir sözlə bardak. DYP yenidən formalaşdırılmalıdır. Hər halda CƏNAB bu məsələni nəzarətə götürsə yaxşıdır.

Zaur 2024-02-01 15:41:41

Cənab deputat çox düzgün qeyd edir.Həqiqətən də bizimkilər pul qazanmaqdan və özünü gözə soxmaqdan ötrü min cür hoqqa törədirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol