Dekabrın 1-də Avropa İttifaqı Şurasının sədri rəsmən dəyişib.
“Media forum” saytı xəbər verir ki, avqustun 30-da sədr seçilmiş polyak Donald Tusk belçikalı Herman van Rompeyi əvəzləyərək səlahiyyətlərinin icrasına başlayıb.
Donald Tusk 28 ölkədən ibarət Avropa İttifaqının Şərqdən olan ilk rəhbəridir. 1957-ci ildə Polşada doğulan Donald Tusk 2007-ci ildən 2014-cü ilin sentyabrınadək Polşanın baş naziri postunu tutub.


Şərhlər