Delimitasiya komissiyasının iclası nəticəsiz başa çatıb? – Açıqlama verilmir...

Dünən Azərbaycan-Ermənistan sərhədinin İcevan-Qazax hissəsində delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın iclası keçirilib.

“AzPolitika.info” xəbər verir ki, əvvəlki görüşdən fərqli olaraq, tərəflər bu dəfə heç bir təfərrüat açıqlamayıblar. Yalnız onu bildiriblər ki, bu, iki ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyaların 6-cı iclasıdır.

Ermənistan parlamentinin sədri Alen Simonyan xəritələrlə bağlı tərəflərin hələ də ortaq məxrəcə gəlmədiyinə eyham vurub.

“Biz ümid edirik ki, gələcəkdə biz həmin komissiyanın fəaliyyəti nəticəsində irəli gedə biləcəyik”, - Simonyan bildirib.

İrəvan 1975-ci ilin ən son sovet xəritələrindən istifadə edərək sərhədlərin delimitasiyasını təklif edir. Bakı isə buna qarşıdır. Azərbaycan Prezidenti ilin əvvəlində yerli telekanallara müsahibəsində bu məsələyə toxunmuşdu.

“Yəni 1960-cı, 50-ci, 40-cı illərin xəritələrini bir kənara qoyub 70-ci illərə istinad etmək istəyirlər, çünki o vaxt bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə də biz buna qəti şəkildə qarşı çıxmışıq və indi də eyni mövqedəyik”, - deyə İlham Əliyev bildirib.

“AzPoltika.info”

635x100

Şərhlər

Müəllim 2024-02-02 12:50:03

Bu məsələni Prezident ciddi və işgüzar adama tapşırmalıdır.Mustfayev bu işə yarayan adam deyil.

Son yazılar