Menu

KRIMDA RUSİYANIN RAKET KATERİ MƏHV EDİLİB - VİDEO

01.02.2024, 17:22
KRIMDA RUSİYANIN RAKET KATERİ MƏHV EDİLİB - VİDEO

Krımda Rusiya hərbi donanmasına məxsus "İvanovets" raket kateri məhv edilib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, əməliyyat bu gecə Ukrayna ordusu Baş Kəşfiyyat İdarəsi tərəfindən pilotsuz katerlər vasitəsilə həyata keçirilib. Qurum əməliyyatın videosunu yayıb.

"İvanovets" uzunluğu 56 metr, eni 10 metr olan, 41 ekipaj üzvündən ibarət böyük raket kateri idi.  Videogörüntülərə əsasən katerdəki ekipaj üzvlərinin hamısının öldüyünü söyləmək olar.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol