Menu

Putinin reytinqi kəskin düşüb

01.12.2014, 12:48
Putinin reytinqi kəskin düşüb

Dünyaya meydan oxuyan Rusiya lideri bir ayda 6 faiz səs itirdi

Rusiya prezidenti Vladimir Putinin reytinqi son bir ayda kəskin düşür.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "Levada-Tsentr" qeyri-hökumət tədqiqat mərkəzinin sosioloqları bildiriblər.

Mərkəzin verdiyi məlumata görə, noyabrda rəyi soruşulanların 53%-i Vladimir Putinə səs verəcəyini bildirib. Həmçinin, seçkidə kimə səs vercəyi barədə dəqiq qərara malik olduqlarını bildirənlərin də 82%-i hazırkı prezidenti səs verəcəyini söyləyib.

Bir ay qabaq isə səs vercəyi barədə dəqiq qərara malik olduqlarını bildirənlərin 88%-i Vladimir Putinə səs verəcəklərini bildirmişdi.

"Levada-Tsentr"in direktor müavini Aleksey Qracdankin bildirib ki, noyabr ayında müşahidə edilmiş gerilə Ukraynanın cənub-şərqində baş verən gərgənləşmə ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol