“Paşinyan Ermənistan parlamenti sədrinin qohumunu təqib etməklə öz silahdaşlarını qorxudur”.
"AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan Alen Simonyanın qardaşının arvadının həbsi ilə bağlı xəbəri şərh edərkən deyib.
Onun fikrincə, “xırda diktatorlar” həmişə özlərinin yox, başqalarının günahkar olduğunu göstərməyə çalışırlar.
Politoloq hesab edir ki, əslində, son korrupsiya qalmaqalında əsas günahkar dövlət idarəçiliyinin effektiv sistemini qura bilməyən Paşinyanın özüdür: “O, bununla da Alen Simonyan və digərlərinin onun üçün heç kim olduğunu göstərmək istəyir. Bu, öz yoldaşlarını qorxutmaq üsuludur ki, ona qarşı heç bir addım atmasınlar”.
“AzPolitika.info”


Şərhlər